Mayın 3-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
İttifaqdan bildirilib ki, tədbir çərçivəsində Xalq artisti, kinorejissor Vaqif Mustafayevin “Ata yolu” filmi nümayiş olunacaq.
Ekran əsəri Prezident İlham Əliyevin Ümummilli liderin yenidən hakimiyyətə qayıdışına dair xatirələri ilə başlanır. Filmdə XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın ictimai-siyasi mühiti, ölkəmizin bugünkü inkişaf səviyyəsinə nail olmasında, siyasi, iqtisadi uğurların təməlində Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılıb.