Mingəçevir Dövlət Dram Teatrında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dahilik divanı” adlı tamaşa-kompozisiya hazırlanır.
10-16 may tarixlərində təqdim olunacaq səhnə işinin ideya müəllifi Elçin Məhərrəmli, quruluşçu rejissoru Vüsal Mehrəliyev, musiqi tərtibatçısı Elnur Kərimovdur.
Teatrın bütün yaradıcı heyətinin iştirak edəcəyi kompozisiya Ulu öndərin mədəniyyət, səhiyyə, təhlükəsizlik, təhsil sahələrinə qayğısından, müasir Azərbaycanın tərəqqisindən və Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərkən nümayiş etdirdiyi qətiyyətindən bəhs olunur.