Mayın 9-da Böyük Britaniyanın Liverpul şəhərində “Avroviziya – 2023” beynəlxalq mahnı yarışmasına start verilib. Bakı vaxtilə gecəyarısı başlayan müsabiqənin birinci yarımfinalında Azərbaycan təmsilçiləri – “TuralTuranX” dueti də yer alıb.

Tural və Turan Bağmanov qardaşları ifa etdikləri “Tell me more” (“Mənə daha çox danış”) mahnısının həm də bəstə müəllifidirlər.

Birinci yarımfinalda Azərbaycanla yanaşı Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də yer alıb.

Azərbaycanda İctimai Televiziya vasitəsilə yayımlanan “Avroviziya – 2023”ün ikinci yarımfinalı 11 mayda, finalı isə 13 mayda keçiriləcək.