Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi keçirilir.
Şəki RMİ-nin əhatə etdiyi rayonlarda Uşaq İncəsənət Festivalının birinci mərhələsi üzrə dinləmələr başa çatıb. Seçim turlarında Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından ümumilikdə 638 fərdi ifaçı və 25 xalq çalğı alətləri, rəqs və xor kollektivi müvafiq nominasiyalar üzrə öz qabiliyyətlərini nümayiş etdirib. Fərqlənən ifaçı və kollektivlər festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar.
***
Sabirabad RMİ üzrə də festivalın birinci mərhələsi yekunlaşıb. Regional idarənin tabeliyindəki müəssisələrdə keçirilən birinci mərhələdə 18 nominasiya üzrə 672 nəfər uşaq iştirak edib.
Qeyd edək ki, üç turdan ibarət festival 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilir. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.
Nurəddin