Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi mayın 13-də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Habil Əliyev adına 1 nömrəli Musiqi məktəbində tədbir keçirib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə Ümummilli liderin misilsiz xidmətlərindən danışılıb, onun əsasını qoyduğu mütərəqqi siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi diqqətə çatdırılıb.
Sonra tədbir Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam edib.