Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-dan bildirilib ki, görüşdə rektor İlham Mədətov tədris prosesinin təşkili, fakültə və ixtisasların turizm sənayesində rolu, eləcə də universitetin beynəlxalq əlaqələrinin inkişafını şərtləndirən prioritet məsələlərdən danışıb.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir iki ölkə arasında mövcud əlaqələrdən söz açıb, ATMU ilə Venesuelanın ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin hər iki tərəf üçün faydalı olacağını deyib.
Yaxın zamanlarda Venesuelanın müvafiq ali məktəbləri ilə ATMU arasında ilk onlayn tədbirin və səfirin növbəti tədris semestri ərzində turizm ixtisası üzrə təhsil alan tələbələrlə görüşünün təşkil edilməsi qərara alınıb.