İyunun 11-də Heydər Əliyev Mərkəzində “Viva opera” qala-konserti keçiriləcək. Konsertin təşkilatçısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıdır.
Teatrdan verilən məlumata görə, konsertdə italyan opera müğənnisi Ferruccio Furlanetto, Rusiya Böyük Teatrının solistləri – həmyerlilərimiz Dinara Əliyeva və Elçin Əzizov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Gülnaz İsmayılova, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Ramil Qasımov, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Anton Ferştandt, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, Tural Ağasıyev, solistlər Fatimə Cəfərzadə, Nina Makarova, Taleh Yahyayev, Atəş Qarayev, Mahir Tağızadə, Günel Hacıyeva və teatrın xor kollektivi çıxış edəcəklər.
Teatrın simfonik orkestrinin müşayiəti ilə gerçəkləşəcək proqramda Ü.Hacıbəyli, M.Maqomayev, C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək. Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.