Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert iyunun 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər Zərrin Əliyeva (violin) və Nərmin İsmayılova (piano) çıxış edəcəklər.
***
İyunun 16-da isə Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və dirijor Xalq artisti Gülbacı İmanova) konserti olacaq. Konsert Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.
Filarmoniyadan verilən məlumata görə, proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək. Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayevadır.