Müxtəlif dövr və nəsillərin yaradıcılıq nümunələri

 

Beynəlxalq Muğam Mərkəzində iyunun 9-da “Musical journey” (“Musiqili səhayət”) adlı konsert proqramı təqdim edilib.

Klassik musiqi gecəsində  pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet və triolar ifa ediblər.

Tamaşaçılar İ.S.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərlərini də dinləyiblər. Proqrama həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın öz əsərləri də daxil edilib.

Müxtəlif dövrlər və müxtəlif nəsillərin yaradıcılıq nümunələrinə müraciət olunan konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.

Lalə