“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Ağdaş Heydər Əliyev Mərkəzində təlim təşkil olunub.

Təlim Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim heyətinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyası Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev Dövlət Proqramının əhəmiyyəti haqqında məlumat verib. Narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları ilə bağlı söz açılıb, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Nurəddin