30 iyun – 5 iyul tarixlərində Rusiyanın İvanovo şəhərində Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalı keçiriləcək.
Məşhur rejissorun vətənində onun xatirəsinə həsr olunan ənənəvi festival 2007-ci ildə təsis edilib və ekspert səviyyəsinə görə Rusiyada ən nüfuzlu kino forumlarından sayılır.
Azərbaycanlı rejissor Fariz Əhmədov festivalın münsiflər heyətinə dəvət edilib. Münsiflər heyətinə Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Anatoli Vasilyev sədrlik edəcək.
Müsabiqə proqramında 12 ölkə kinematoqrafçılarının filmləri iştirak edəcək. Festivalın açılış günü sənətkarın özü haqqında sənədli film nümayiş olunacaq. Bağlanış filmi isə bu yaxınlarda Kann Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” ekran əsəri olacaq.