Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Heydər Əliyev İli” çərçivəsində Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının konserti təşkil edilib. Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru da iştirak edib. Yaradıcısı və bədii rəhbəri Əməkdar incəsənət xadimi Dilarə Əliyeva olan “Şəms” uşaq xorunun hər zaman maraqla qarşılanan, kollektivin şövqlə hazırladığı repertuar bu dəfə Dövlət Xor Kapellası ilə bir səhnədə təqdim olunub.
Balacaların özlərinə xas şıltaqlıq qatdıqları ifası da tamaşaçılar tərəfindən xoş təbəssüm və sürəkli alqışlarla qarşılanıb.