İyunun 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Elvar Qulivəndin “Zibil dolunda ziyafət” və Ramin Cahangirzadənin “Daşlar” kitabının təqdimat mərasimi keçirildi. 
   Qeyd edək ki, AYB-nin Cənubi Azərbaycan şöbəsinin rəhbəri olan Sayman Aruzun təşəbbüsü ilə artıq 10-dan çox belə kitab buraxılıb. Əlifba fərqinə görə, Azərbaycan Respublikasında İran Azərbaycanından olan yazarların əsərlərinin oxunması, tanınması çətindir. Bu baxımdan AYB-nin Gənclər üzrə katibi Raşad Məcid kitabların çap olunmasını əhəmiyyətli hadisə adlandırıb. Kitablar “Dayaq və AYB-nin Cənubi Azərbaycan şöbəsinin kitabxanası seriyası”ndan buraxılır. Bu günə qədər “Dayaq” tərəfindən İran Azərbaycanından olan yazarlar Nigar Xiyavi, Kiyan Xiyav, Rəsul Yunan, Uğur Olqar, Məlihə Əzizpur, Səkinə Purhəsən, Sayman Aruz, İsmayıl Ülkərin kitabları Bakıda latın əlifbası ilə çap olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar