Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.

Teatrdan bildirilib ki, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.

Orkestrdə birinci və ikinci skripkalar sırasına qatılmaq istəyənlər ifa bacarıqlarını 5-6 iyulda nümayiş etdirəcəklər. Alt, violonçel və kontrabas ifaçıları üçün müsabiqə iyulun 7-də, taxta nəfəs alətləri üzrə iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano üzrə iyulun 9-da olacaq.

İştirak üçün sənədlər iyulun 1-dən yalnız elektron qaydada azstateoperabaku@gmail.com e-maili vasitəsilə qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.