Qazax rayon MKS-nin Mərkəzi Kitabxanası rayon Mədəniyyət Mərkəzində şair Əsli İsmayılqızının yaradıcılığına həsr olunmuş “Yarımçıq arzular: “Dəmir yumruq” adlı görüş keçirib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin direktoru Fəridə Xudiyeva Ə.İsmayılqızının həyat və yaradıcılığı haqqında məlumat verib.

Digər çıxış edənlər də şairin söz dünyasından danışıb, fəal oxucular müəllifin bir neçə şeirini söyləyiblər.

Daha sonra Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri tərəfindən saz havaları ifa olunub.

Sonda şairə Ə.İsmayılqızı çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, “Yarımçıq arzular: “Dəmir yumruq” və “Əjdaha” ləqəbli şəhid” adlı kitablarını Mərkəzi Kitabxanaya hədiyyə edib.