İyulun 16-da Heydər Əliyev Sarayında alman bəstəkarı Hans Zimmerin məşhur kino musiqilərindən ibarət konsert proqramı təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, “Hans Zimmer dünyası” adlı konsertdə “Tynda Music” Simfonik Orkestri və xorun ifasında Hans Zimmerin bəstələdiyi musiqilər, film soundtrekləri səsləndiriləcək.
Qeyd edək ki, Hans Zimmer dünya kino sənayesində ən yenilikçi bəstəkarlardan biri kimi tanınır. O, elektron musiqi səslərinin ənənəvi orkestr aranjimanlarına birləşdirməsi ilə diqqət çəkir. H.Zimmerin musiqisi sayəsində bir çox dünya filmləri tanınaraq uğurlu nəticələr əldə edib.