İyulun 8-də Dövlət “Yuğ” Teatrında “Asılqan” tamaşasının premyerası olacaq.
Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadın” hekayəsinin motivləri əsasında hazırlanan pyesdə Cübran Xəlil Cübran, Tomas Eliot, Nazim Hikmət kimi dünya şöhrətli mütəfəkkir ədiblərin, eləcə də müasir Azərbaycan ədəbiyyatın tanınan imzalarından İlqar Kamilin, Bahar Zamanının esse və şeirlərindən istifadə edilib.
Tamaşanın rejissoru Əbdülqəni Əliyev, rəssamı Əfşan Əsədovadır.
“Asılqan”da onlarca geyim, obraz cəmi iki aktyorun ifası ilə canlanır. Bu mənada tamaşa gənc sənətçilər – Elşən Əsgərov və Ləman Mərrihin olduqca mürəkkəb quruluşda peşəkar performansı sayılmalıdır.
Qeyd edək ki, “Asılqan” bu mövsümdə “Yuğ”un son premyerası olacaq.