İyulun 13-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində gürcüstanlı məşhur vokalçı, bəstəkar Meqi Qogitidze konsert proqramı ilə çıxış edəcək.

Meqi Qogitidze öz ifalarında gürcü etnik musiqiləri ilə müxtəlif janrları heyrətamiz şəkildə sintez edir. Onun musiqi repertuarına caz, elektronika, etnik, rok və hətta gürcü dilində hip-hop musiqiləri daxildir. İfaçı bir çox ölkələrdə konsertlərlə çıxış edir.

Qeyd edək ki, bu yay boyunca “Sea Breeze” kompleksinin (Nardaran qəsəbəsi) ərazisində “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerji dolu fantastik əyləncə vəd edən festivalda həmçinin  Svanky Tunes, Villy Villiam və bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq.