Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Heydər Əliyev Türk dünyasının böyük oğludur” mövzusunda tədbir keçirilib. “Heydər Əliyev İli” ilə əlaqədar təşkil olunan tədbirdə kitabxananın əməkdaşları və fəal oxucular iştirak ediblər. Heydər Əliyevə həsr edilmiş şeirlər səslənib, videoçarx nümayiş etdirilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Türk dünyasının fenomen lideri” adlı sərgiyə baxış olub.

***

Ucar rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ucar rayon komitəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şeir müsabiqəsi keçirilib. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

***

Gəncə şəhərindəki İsrafil Məmmədovun Ev-Muzeyində “Ulu öndər Heydər Əliyevin mənalı həyatı, zəngin siyasi irsi hər birimizə örnəkdir” adlı tədbir təşkil olunub. Çıxışlarda Ümummilli liderin uğurlu siyasətindən, ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərdən, bugünkü inkişafımızın möhkəm təməllərini qoymasından danışılıb.

***

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Səni vəsf edirik, Ulu öndərim!” başlığı altında baxış-müsabiqənin yekun konserti keçirilib. Konsertin sonunda iştirakçılar Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Balakən rayon MKS-nin Qullar kənd kitabxana filialında şair, publisist Məstan Günərin (1935-2010)  “Bir oğul göstərin Heydərə bənzər” adlı kitabının müzakirəsi keçirilib. İştirakçılar kitabda yer alan bir sıra şeirləri səsləndiriblər.

***

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, 1969-cu ilin 14 iyulunun Azərbaycan tarixində xüsusi yeri var. Belə ki, Azərbaycan KP MK-nın iyul plenumunda Heydər Əliyev birinci katib seçilib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar.

Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda dəyirmi masa təşkil edilib. Çıxışlarda vurğulanıb ki, Ulu öndər öz dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub.

***

Salyan rayon MKS və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişi və müstəqil qüdrətli Azərbaycanın təməlini qoymasından söz açıblar. Heydər Əliyevin 1998-ci ildə Salyana etdiyi tarixi səfərlə bağlı videoçarx nümayiş olunub.

Hazırladı: N.Məmmədli