Qazax rayon MKS-nin təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində şairə Esmira Günəşin “Qanı ilə tarix yazan Qazax qəhrəmanları” kitabının təqdimatı və şəhid anası Sürəyya Mehdiyeva ilə görüş keçirilib.

MKS-nin direktoru Fəridə Xudiyeva şəhidlərə həsr olunmuş nəşrlərin əhəmiyyətini diqqətə çatdırıb.

Kitabın ərsəyə gəlməsinə dəstək verən Vətən müharibəsinin şəhid giziri Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərin hamısını öz övladı olaraq hiss etdiyini söyləyib. Deyib ki, kitab 44 günlük Vətən müharibəsinin qazaxlı şəhidlərinin ailələrinə hədiyyə ediləcək.

Çıxışlardan sonra kitabxananın fəal oxucuları şəhidlərə həsr olunmuş şeirləri səsləndiriblər.

Nurəddin