Azərbaycan Dövlət Yuğ Teatrında mövsümə iyulun 9-da “Mənəm, mən...” tamaşası ilə yekun vurulub.

İlqar Fəhminin əsəri əsasında 2019-cu ildə, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanan tamaşaya Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib.

Azərbaycan Dövlət Yuğ Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dram kimi təyin edilib. Səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov və Elşən Əsgərov çıxış ediblər.