Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və digər mədəniyyət müəssisələrinin dəstəyi ilə “Xalq yaradıcılığı milli sərvətimiz” adlı tədbir keçirilib.
İlk olaraq tədbir iştirakçıları xalq yaradıcılığı nümunələrindən ibarət sərgiyə baxıblar.
Tədbirdə çıxış edənlər xalq yaradıcılığı nümunələri haqqında söz açıb, ölkəmizdə folklorun toplanılması, nəşri və təbliğatı istiqamətində görülən işlər barədə məlumat veriblər.
Sonda rayon Mədəniyyət Mərkəzinin xalq yaradıcılığı nümunələri əsasında hazırladığı konsert proqramı təqdim olunub.