Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlarda qastrollar davam edir.
Sumqayıt Dövlət Dram Teatrının kollektivi iyulun 12-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni, canciyər” komediyasını oynayıb.
Məişət mövzulu tragikomik hadisələrlə zəngin səhnə işinin quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı Anar Süleymanovdur. Tamaşada rolları Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli ifa edib.
Səhnə əsəri lənkəranlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.