Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə turizm əlaqələri iyulun 13-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi arasında keçirilən görüşdə müzakirə olunub.
DTA-dan bildirilib ki, görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında vizasız rejimin tətbiqinin qarşılıqlı səfərlərin artmasına verəcəyi töhfə, BƏƏ şirkətlərinin Azərbaycanın turizm sahəsinə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında BƏƏ-dən Azərbaycana səfər edən vətəndaşların sayı 18 min 884 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir. Hazırda BƏƏ-nin Dubay, Şarjah və Əbu-Dabi şəhərlərindən ölkəmizə həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.