![](/img/news/700x420/6192.jpg)
Seçim komitəsi Banqkoka həm də çox rəngarəng tədbirlər proqramı təqdim etdiyinə görə üstünlük verib. UNESCO-nun baş direktoru xanım İrina Bokova Banqkok şəhərini bu zəngin və rəngarəng proqram münasibətilə təbrik edib. Seçim komitəsinə həm UNESCO-nun, həm də kitab sənayesi üzrə aparıcı peşəkar assosiasiyaların, o cümlədən Beynəlxalq Naşirlər Assosiasiyasının, Kitab Ticarətçiləri Federasiyasının və Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının nümayəndələri daxildir. Komitə bu fəxri adı kitabı və mütaliəni təbliğ etməyi öhdəsinə götürən şəhərə verməklə ədəbi yaradıcılığın vacibliyini vurğulayır.