Sumqayıt Gənclər Kitabxanasında “Yayı kitabla keçirək!” layihəsi çərçivəsində amerikalı yazıçı İrvinq Stounun (1903-1989) “Yaşamaq yanğısı” romanının müzakirəsi keçirilib.
Yazıçının 120 illik yubileyi münasibətilə keçirilən müzakirədə kitabxananın müdir vəzifəsini müvəqqəti icra edən Leyla Mahmudova İ.Stounun həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, “Yaşamaq yanğısı” dünya şöhrətli hollandiyalı rəssam Vinsent van Qoqun (1853-1890) həyatından bəhs edir.
Ədib haqqında videoçarx nümayiş olunduqdan sonra kitabxananın oxucusu Aylin Nəbiyeva romanın xülasəsini təqdim edib. Oxucuların sualları cavablandırılıb.
Sonda M.İsmayılov adına Laçın rayonu Cicimli kənd tam orta məktəbinin kitabxana müdiri İlhamə Məmmədova tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Nurəddin