Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Elmi bərpa şurasının növbəti iclası keçirilib.
Mərkəzin direktoru Zərifə Məlikovanın sədrliyi ilə keçən iclasda Qrafika, rəngkarlıq və tətbiqi incəsənət şöbəsinin işi müzakirə edilib.
Azərbaycan Milli İncəsənət Muzeyi, Şəki şəhəri M.F.Axundzadənin Ev-Muzeyi, Bərdə Tarix-Diyarşünaslıq Muzeyi və Bərdə Rəsm Qalereyasından mərkəzə daxil olan eksponatların bərpadan əvvəlki vəziyyətlərinə və bərpadan sonra görülən işlərin nəticələrinə baxış keçirilib.
Sonra Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası, Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Quba Tarix-Diyarşünaslıq Muzeyindən bərpa məqsədilə mərkəzə daxil olan eksponatlar üzərində görüləcək işlər haqqında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.