Samux rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Heydər Əliyev və uşaqlar” adlı şeir saatı təşkil edib. Çıxış edənlər Ulu öndərin uşaqlara olan sonsuz məhəbbətindən, qayğısından, dahi liderin hər zaman təhsilə, elmə xüsusi diqqət göstərməsindən danışıblar. Şagirdlər böyük şəxsiyyətə həsr edilmiş şeirlər söyləyiblər.

***

Göyçay rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 10, 12 və 14 yaşlı uşaqlar arasında şahmat turniri keçirilib. Turnirdə 4 gün ərzində ümumilikdə 200 nəfər  mübarizə aparıb. Qaliblər rayon Heydər Əliyev Mərkəzi tərəfindən diplomla təltif olunublar.

***

Şirvan şəhər MKS-nin təşkilatçılığı ilə “Heydər Əliyev irsi unudulmazdır!” adlı görüş keçirilib. Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edənlər Ulu öndərin uğurlu siyasi irsi, dövlətçilik təfəkkürü haqqında söhbət açıblar. Tədbir iştirakçıları daha sonra Vətən müharibəsi şəhidi Emil Hümbətovun ailəsini ziyarət ediblər.

Salyan rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” münasibətilə rəsm müsabiqəsi təşkil olunub.

N.Məmmədli