Qazax rayon Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Vətən müharibəsinin şəhid baş leytenantı Xaliddin Nəsibovun anadan olmasının 25 illiyi ilə əlaqədar xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksini ziyarət edib.

1998-ci ildə Qazax rayonunda dünyaya gələn Xaliddin Nəsirov 2020-ci ilin 5 noyabr tarixində Xocavənd rayonu uğrunda döyüşlərdə şəhadətə yetib. Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

***

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı  Vətən müharibəsində şəhid olmuş mayor Elçin Alıyevin anım gününə həsr olunmuş “Torpağı Vətən edən şəhidim” başlıqlı tədbir keçirib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhid mayorun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.

Qeyd edək ki, 1975-ci ildə Qubadlı rayonunda anadan olan Elçin Alıyev Şuşanın azad olunmasında iştirak edib, noyabrın 9-da şəhidlik zirvəsinə yüksəlib. Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, Qubadlı, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

N.Məmmədli