Ceyms Oldricin 93 yaşı tamam olur
   
   Tanınmış ingilis yazıçısı və ictimai xadimi Ceyms Oldric 1918-ci il iyulun 11-də Avstraliyada doğulub. 14 yaşında qəzetlər üçün məqalələr yazmağa başlayıb. Sonra İngiltərəyə gələrək Oksford Universitetinə daxil olur. Eyni zamanda London qəzetləri ilə əməkdaşlıq edir, dünyadakı siyasi prosesləri yaxından izləyir.
   1939-cu ildə hərbi müxbir kimi Finlandiyaya (sovet-fin müharibəsi cəbhəsinə) yollanır. Yazıçı II Dünya müharibəsi illərində müxbir kimi Norveç, Yunanıstan, Misir, Livan, İran və digər ölkələrdə işləyir.
   Oldric ilk kitablarında həyat həqiqətlərinin carçısı kimi çıxış edir. Bu dövrdə "Şərəf məsələsi", "Dəniz qartalı" və "Bir çox insanlar haqqında" kitabları ilə diqqəti cəlb edir, ingilis hərb ədəbiyyatının sanballı əsərlərini yaradır. Ceyms Oldric bir müddət yaşadığı Misir haqqında “ Qahirə. Şəhərin tərcümeyi-halı” əsərini yazır.
   Onu bütün dünyaya tanıdan isə məşhur "Diplomat" romanı (1949) olur. Romanda hadisələr 1945-1946-cı illərdə Sovet İttifaqında, İranda (o cümlədən milli hökumətin qurulduğu Cənubi Azərbaycanda), İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı olan Mak-Qreqor obrazının prototipi Ceyms Oldric özüdür. Yazıçı da bunu etiraf edib. Düşüncəli, daxilən azad olan yazıçı geoloq Mak-Qreqor obrazında həm də ingilis cəmiyyətinin demokratik təbəqəsinin nümayəndəsini görür. Ceyms Oldricin "Diplomat" əsəri Azərbaycan oxucularına da yaxşı tanışdır.
   
   Çingiz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar