“Queen” qrupu illər sonra mükafat alıb
Əfsanəvi “Queen” rok qrupu Böyük Britaniyada 1 milyard dinləməyə görə “Brit Billion Award” mükafatını alıb. Hesablamanı “Official Charts Company” şirkəti aparıb.
“Brit Awards” şirkətinin mükafatı Brayan Mey və Rocer Teylora verilib. “Qrup adından bu mükafatı almaqdan həyəcan keçirirəm. Bir milyard dinləmə – bu, inanılmazdır. Biz hələ ki, buradayıq və sizi bir az daha əyləndirməyə ümid edirik”, – deyə qrupun gitara ifaçısı Brayan Mey bildirib.
“Queen” yarandığı 1970-ci ildən 90-cı illərinin ortalarına qədər dünya şöhrəti qazanan ingilis rok qrupudur. Qrupun vokalçısı və bəstəkarı, İran əsilli Freddi Merkuri (əsl adı Fərrux Balsara) 1991-ci ildə vəfat edəndən sonra “Queen” faktiki olaraq fəaliyyətini dayandırıb, amma qalan üzvlərinin konsert çıxışları ara-sıra davam edib.
“Queen” rok musiqisi tarixinin ən uğurlu qruplarından biridir, albomlarının ümumi dünya tirajı 300 milyonu ötüb. Qrupun “We will Rock you” və “We are the Champions” mahnıları rok musiqisinin ən məşhur mahnıları sayılır.