Ağstafa Dövlət Rəsm Qalereyasında yerli istedadlı, yaradıcı insanlarla rəsm dərnəyinin şagirdləri və gənc rəssamların görüşü təşkil edilib.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri – “Hüseyn Arif” ədəbi məclisinin sədri Saqif Qaratorpaq, gənc şair Rüfət Axundlu və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda şairlərin yaradıcılığında ana təbiətin tərənnümündən, poeziya ilə rəssamlığın qarşılıqlı əlaqəsindən bəhs edilib.

Sonda şair Saqif Qaratorpağın yeni çapdan çıxmış “6 saatlıq sükut” adlı şeirlər kitabı fəal dərnək üzvlərinə hədiyyə edilib.

Nurəddin