Xəstəlik səbəbindən dünya turunu ertələmişdi...
Dünyaca məşhur amerikalı müğənni Madonna xeyli müddətdir müalicə olunduğu bakterial infeksiyadan sağaldığını bildirib. 64 yaşlı müğənni iyun ayında xəstəxanaya yerləşdirilmişdi.
Madonna xəstəlik üzündən neçə vaxtdır hazırlıq gördüyü dünya turunu ertələməyə məcbur olmuşdu.
“Sağlamlığımla bağlı çox ağır günlər yaşadım. Artıq hər şey keçmişdə qaldığı üçün, ən əsas sağ olduğum üçün çox şanslıyam. Planlaşdırdığımız yeddiaylıq dünya turuna başlamalı idik, təəssüf ki, gözlənilməz xəstəlik səbəbindən konsertlərin vaxtını dəyişməli olduq. Hazırkı planda turnenin Şimali Amerika mərhələsini təxirə salaraq, konsert səfərlərinə Avropadan başlamaq durur. İlk Avropa konsertimizin oktyabrın 14-də Londonda keçirilməsi planlaşdırılır”, – deyə o jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, “Forbes” jurnalında müğənni 580 milyon dollarlıq sərvəti ilə ABŞ-nin 45-ci ən varlı qadını kimi qeyd olunub.