İlk mərhələdə uğur qazanmış şagirdlərin əl işlərinin sərgisi

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının (UİF) ikinci mərhələsi davam edir.

Masallı Dövlət Rəsm Qalereyasında rayon üzrə festivalın I mərhələsində rəssamlıq nominasiyasında uğur qazanmış şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib.

Qalereya və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda UİF-nin əhəmiyyətindən bəhs edilib, layihənin istedadlı uşaqların öz yaradıcılıq imkanlarını realizə etmələri üçün gözəl şərait olduğu bildirilib.

Sonra qonaqlar şagirdlərin bir-birindən maraqlı əsərləri ilə tanış olublar.

N.Məmmədli