Qazaxıstandan “BN Team Orchestra” Heydər Əliyev Sarayında növbəti musiqi proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, simfonik orkestr avqustun 24-də “Türk serialları dünyası” adlı layihə təqdim edəcək. Orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların məşhur musiqiləri səsləndiriləcək.
“BN Team Orchestra”nın Heydər Əliyev Sarayındakı musiqi proqramında həmçinin populyar Koreya seriallarından saundtreklər ifa olunacaq. Gecədə “Giləmeyvələrdən sonra çiçəklər”, “Al ürəklər: Koryo”, “Dolu ev” və s. seriallardan musiqilər səslənəcək.
Saundtreklər axşamında tamaşaçılar böyük ekranda sevimli seriallardan parçaları da izləyə biləcəklər.
“BN Team” Qazaxıstanın müxtəlif janrlarda fəaliyyət göstərən kreativ gənc musiqiçilər, aktyorlar və artistlər komandasıdır. Kollektiv son illərdə ölkədə, eləcə də Bakı, Daşkənd və Bişkekdə konsertlər verib.