Azərbaycan

 

25 avqust 1910 – Əməkdar incəsənət xadimi, rəssam Bəhram Tofiq oğlu Əfəndiyev (1910-1967) anadan olub. Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib.

25 avqust 1915 – Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915-2004) anadan olub.

25 avqust 1926 – Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 – 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: “Dağ çayı”, “Aşıq Qərib”, “Çövkən oyunu”, “Payız bağında” və s.

25 avqust 1931 – Yazıçı, naşir, Əməkdar mədəniyyət işçisi Əjdər Rza oğlu Xanbabayev (1931 – 30.5.1990) anadan olub. “Azərnəşr”in direktoru olub.

25 avqust 1935 – Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev; 1935 – 5.5.2021) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Oddan keçənlər” və s. poemaların müəllifidir. Şeirlərinə populyar mahnılar (“Gəl, ey səhər”, “Payız gəldi” və s.) bəstələnib.   

25 avqust 1942 – Şair, publisist Davud Məcid oğlu Nəsib (1942 – 26.3.2003) Qazax rayonunda anadan olub. Kitabları: “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Karvan gedir” və s.

25 avqust 1945 – Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 – 21.5.1987) anadan olub. Akademik Dram Teatrında çalışıb. Televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.

25 avqust 1948 – Əməkdar artist Faiq Məsim oğlu Qasımov (1948 – 23.1.2017) anadan olub. Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

25 avqust 1965 – Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Məmməd oğlu Həşimli (1965 – 20.6.2020) Naxçıvan MR Culfa rayonunun Teyvaz kəndində doğulub.

 

26 avqust 1892 – İctimai-siyasi xadim, publisist Seyid Cəfər Pişəvəri (1892 – 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin baş naziri olub.

26 avqust 1940 – Əməkdar artist, müğənni İdris Saleh oğlu Mehdiyev (1940 – 10.11.2015) Gəncə şəhərində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xorunun solisti və direktoru olub.

26 avqust 1983 – Kinorejissor, Əməkdar incəsənət xadimi Arif Hacağa oğlu Babayev (25.9.1928 – 1983) vəfat edib. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

26 avqust 2003 – Xalq artisti, tanınmış aktyor Həsən Ağaməmməd oğlu Məmmədov (22.11.1938 – 2003) vəfat edib. “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

27 avqust 1918 – Əməkdar rəssam Ənvər Hacıağa oğlu Almaszadə (1918 – 6.3.2007) Bakıda doğulub. Akademik Opera və Balet Teatrında rəssam (1937-1992) işləyib.

27 avqust 1921 – Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 – 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.

27 avqust 1928 – Əməkdar rəssam Nadir Əlimuxtar oğlu Zeynalov (1928 – 16.3.1987) anadan olub.

27 avqust 1929 – Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 – 13.12.2005) Bakıda anadan olub. Akademik Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb, filmlərdə çəkilib.

27 avqust 1942 – Ərəbşünas alim, akademik Vasim Məmmədəli oğlu Məmmədəliyev (1942 – 13.10.2019) Bakıda anadan olub. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, “Quran” və elm” və s. monoqrafiyaların, dərsliklərin müəllifidir.

27 avqust 1998 – Görkəmli kinorejissor, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə (7.2.1919 – 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s.

27 avqust 2022 – Azərbaycan miniatür sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Yusif qızı Həsənzadə (7.12.1947 – 2022) vəfat edib.

 

28 avqust 1935 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

28 avqust 1948 – Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 – 2.2.2003) anadan olub.

28 avqust 1984 – Xalq artisti, tanınmış müğənni Rübabə Xəlil qızı Muradova (22.3.1933 – 1984) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.

 

Dünya

 

25 avqust 1724 – İngilis rəssamı Corc Stabbs (George Stubbs; 1724-1806) anadan olub.

25 avqust 1891 – İtalyan yazıçı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio – Andrea Di Chirico; 1891-1952) anadan olub. “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.

25 avqust 1918 – Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.

25 avqust 1930 – Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya (1930 – 4.4.2019) anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, “Payız marafonu” və s.

25 avqust 1930 – Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery; 1930 – 31.10.2020) anadan olub. Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. “Toxunulmazlar” (1988) filmində roluna görə “Oskar” mükafatına layiq görülüb.

 

26 avqust 1880 – İtalyan-polyak əsilli Fransa şairi Giyom Apolliner (Guillaume Apollinaire – Wilhelm Albert Vladimir Apollinaris de Waz-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.

26 avqust 1913 – Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.

26 avqust 1914 – Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: “Uduş”, “Sonuncu raund”, “Manuelin kitabı” və s.

 

27 avqust 1770 – Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 – 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.

27 avqust 1856 – Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar” (roman), “Oğurlanmış xoşbəxtlik” (şeirlər toplusu).

27 avqust 1871 – Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 – 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s.

27 avqust 1896 – Rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman; 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb.

 

28 avqust 1749 – Alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 – 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.

28 avqust 1867 – İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

28 avqust 1925 – Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqatski (1925-1991) anadan olub. Qardaşı Boris Struqatski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb.

Hazırladı: V.Orxan