Qazaxıstan orkestrinin Heydər Əliyev Sarayında saundtreklər konserti
Xəbər verdiyimiz kimi, Qazaxıstanın “BN Team Orchestra” simfonik orkestri növbəti konsert proqramı ilə Bakıya gəlib.
Orkestr avqustun 24-də Heydər Əliyev Sarayında Türkiyə və Koreya seriallarından musiqilərdən ibarət proqramla çıxış edib.
Orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” kimi türk seriallarının məşhur musiqiləri səslənib.
“BN Team Orchestra”nın ifasında populyar Koreya seriallarından saundtreklər də gecəyə rəng qatıb. Proqramda “Giləmeyvələrdən sonra çiçəklər”, “Al ürək”, “Dolu ev” və s. seriallardan musiqilər maraqla qarşılanıb.
Saundtreklər axşamında tamaşaçılar böyük ekranda sevimli seriallardan kadrları da izləyiblər.