Azərbaycanın Şirvan şəhəri ilə Türkiyənin Manisa şəhəri qardaşlaşıb. Bu münasibətlə Manisa şəhərində dostluq və qardaşlıq haqqında protokol imzalanıb.
Mərasimdə Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Cengiz Ergün, Şirvan Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və iki şəhərin digər rəsmiləri iştirak ediblər.
Sənədə əsasən, tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə mədəniyyət paytaxtımız Şuşa ilə Türkiyənin Kayseri və Şəki ilə Berqama şəhərləri qardaşlaşmışdı.
Nurəddin