Azərbaycan Dövlət Yuğ Teatrı Qazaxıstanda keçiriləcək “Biken” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrdan bildirilib ki, festival Qazaxıstanın Xalq artisti Biken Rimovanın 100 illik yubileyi ilə əlaqədar 29 sentyabr – 4 oktyabr tarixlərində sənətkarın adını daşıyan Taldıkorqan Dram Teatrında keçiriləcək.

Festival çərçivəsində “Yuğ” teatrı oktyabrın 3-də C.Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında rejissor Günay Səttarın quruluşunda hazırlanmış “Toy dəsgahı” tamaşasını təqdim edəcək. Rolları aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova canlandırırlar.