Ağstafa rayon Mədəniyyət Mərkəzində Xalq şairi Hüseyn Arifin (1924-1992) yaradıcılığına həsr olunmuş tədbir keçirilib. “Hüseyn Arif, xatırla məni” adlı tədbirdə Qazax-Tovuz RMİ-nin rəisi Nurəddin Mehdiyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə mərkəzin foyesində Hüseyn Arifin şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar.
Çıxışlarda XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin həyat və fəaliyyətindən ətraflı söhbət açılıb. Qeyd olunub ki, Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər yaradıb. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur.
Sonra rəssam Fərman Hüseynov işlədiyi şairin portretini Hüseyn Arifin Ev-Muzeyinə hədiyyə edib.
Tədbir Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.
Nurəddin