Böyük bəstəkar Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabrda – Milli Musiqi Günündə mədəniyyət ocaqlarında konsertlər, tədbirlər təşkil olunub.

Əlamətdar günlə bağlı Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı keçirilib.

Konsertdən əvvəl BMM-in foyesində Milli Musiqi Gününə həsr olunan videoxülasə nümayiş olunub.

Musiqi axşamında mərkəzin solistləri – Əməkdar artistlər Səbuhi İbayev, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Ayşən Mehdiyeva, Vəfa Vəzirova və Günay İmamverdiyeva muğamlar və xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər.

Böyük maraqla qarşılanan və “açıq qapı” olan konsertin izləyiciləri sırasında paytaxt sakinləri ilə yanaşı, xüsusi qonaq qismində ahıllar evinin sakinləri və müharibə veteranları yer alıb.

Lalə