Masallı rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “İşgüzar həyata hazırlıq təlimləri” layihəsi çərçivəsində gənclər üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin direktoru Dilbər İbayeva təlimin əhəmiyyətini qeyd edib.   

Karyera məsləhətçisi  Orxan Əliyevin keçdiyi təlimdə “Uğurlu müsahibənin sirləri”, “Müsahibənin mərhələləri”, “İşəgötürənin tələblərini necə qarşılayaq?” mövzularından danışılıb, komanda işləri və enercayzerlər icra edilib.

Nurəddin