1856-cı ildə İngiltərənin London şəhərində ucaldılmış “Biq-Ben”in müsəlman memarlığında məşhur olan abidənin oxşarı olduğunu bilirdinizmi?
Mütəxəssislər 150 ildən çoxdur ki, Londonun rəmzi sayılan saat qülləsi ilə 1090-cı ildə indiki Suriyanın Hələb şəhərində tikilmiş və təəssüf ki, 2013-cü ildə müharibə nəticəsində dağıdılmış Böyük məscidin minarəsi arasında bənzərlik olduğu fikrindədirlər.
“Biq-Ben” və parlament binası qotik üslubunda tikilib. İtiuclu tağ, üçyarpaq tağ, yivli tonozlar və qotik üslubunda istifadə edilən bir çox başqa elementlər məhz müsəlman Şərqindən əxz edilib. Bu elementlər VII əsrdən etibarən İslam memarlığında meydana çıxmağa başlayıb.