Üzeyir Hacıbəyli festivalı çərçivəsində növbəti konsert proqramı sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.
“Cadenza” orkestrinin ifasında Rəhilə Həsənovanın “Yasəmən ləçəkləri”, Ayaz Qəmbərlinin “Triptix”, A.Vebernin “Simli kvartet üçün 6 baqatel op 9”, Xəyyam Mirzəzadənin “Oçerklər – 63” əsərləri səsləndirilib.
Proqramda Rəna Fərhadova (piano), Fatimə Nəsirli (violin), Ucal Məmmədxan (zərb alətləri), Tural Quliyev (truba), Ümid Mustafazadə (violin), Nihad Məmmədov (violin), Üzeyir Mahmudbəyli (viola) və Əsmər Kərimli (violonçel) çıxış ediblər. Orkestrin bədii rəhbəri Türkər Qasımzadə, konsertmeysteri Samir Əsədovdur.
Lalə