Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ənənəsinə uyğun olaraq, hər il yeni teatr mövsümünə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayır.
Sentyabrın 25-də Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın şedevrlərindən sayılan “Arşın mal alan” tamaşası nümayiş olunub.
Tamaşada əsas rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Səbinə Vahabzadə ilə yanaşı, istedadlı gənc vokalçılar Fatimə Cəfərzadə, Atəş Qarayev, Taleh Yahyayev və başqaları çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və xormeysteri Savzixan Serderovdur.