Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun “Biz niyə sevməyək bir-birimizi” kitabı və bu nəşrə daxil edilən şeirlərinə bəstələnmiş mahnıların audio-diskinin təqdimatı keçirilib.
  
   Mahnıların bəstəkarı Sevda Məmmədli, ifaçısı Əməkdar artist İlqar Muradovdur.
   Tədbirdə çıxış edən Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət, bəstəkar Vaqif Gərayzadə, yazıçı-publisist Rüstəm Kamal, yazıçı Əlirza Xələfli və başqaları kitabın yüksək bədii keyfiyyətindən danışıb, şairi yeni layihəsinin reallaşması münasibətilə təbrik ediblər.
   Mərasimdə Əməkdar artist Ağalar Bayramov Zəlimxan Yaqubun şeirlərindən nümunələr səsləndirib. Sonda Zəlimxan Yaqub yeni şeirlərini oxuyub.