“Ah, bu qocalar – qəribə qocalar!”

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın müxtəlif teatrları arasında əməkdaşlıq genişlənməkdədir. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilir.

Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adına Özbəkistan Dövlət Akademik Teatrının yaradıcı heyətlərinin ötən mövsümdə Bakıya qastrol səfərlərindən sonra bu ənənə uğurla davam etdirilir.

Bu dəfə Akademik Musiqili Teatrın qonağı Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrı olub. Qonaq kollektiv 2-3 oktyabr tarixlərində sənətsevərlər qarşısında “Ah, bu qocalar – qəribə qocalar!” komediyası ilə çıxış edib.

Süjet xəttində ailə-məişət məsələləri dayanan səhnə əsərinin müəllifi Özbəkistanın Xalq şairi Oxunjon Hakimov, səhnələşdirəni və rejissoru Marufjon Niyazovdur.