Oktyabrın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Fortepiano Triosunun konserti keçirilib.
Kamera musiqisi axşamında Əməkdar artistlər Töhfə Babayeva (bədii rəhbər, violin), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimovanın (cello) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Trio görkəmli Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə yanaşı, gənc bəstəkarların da əsərlərinin təbliğçisidir. Rusiya, Türkiyə, Almaniya və s. ölkələrdə çıxış edib.