6-15 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.

Bu il festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramlarla çıxış edəcəklər.

Proqramda gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” müsabiqəsi də yer alıb. Rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də proqrama daxildir.