Qusar Dövlət Ləzgi Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri əsasında tamaşanın məşq prosesi başlanıb.

Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

İlin sonunadək tamaşaçılara təhvil veriləcək səhnə əsərində rolları Həsrət Həsrətov, Tacir Şahbazov, Pirverdi Pirverdiyev, Yalçın Qaraxanov, Tofik Mustafayev, Lalə Qurbanova, Emma Xeyirbəyova, Ramella Mahmudova, Malik Ramazanov, Elnur Hacıyev və Samir Babayev ifa edirlər.